Menyu

İtaliyada dəmiryolçuların tətili yarıdan çox reysin ləğvinə səbəb olub

İtaliyada dəmiryolçuların tətili yarıdan çox reysin ləğvinə səbəb olub

İtaliyada dəmiryolçuların qəfil tətilə başlamaları ölkədə bu növ nəqliyyatın fəaliyyətini iflic edib.

"Operativ Media" xəbər verir ki, xüsusən paytaxt Roma vağzallarında sıxlıq yaranıb. Dəmiryolu reyslərinin yarıdan çoxu tətil səbəbindən ləğv edilib. Ölkənin Daxili İşlər nazirliyi dəmiryolçulara tətilə son qoymağa, işlərinə qayıtmağa çağırış edib. Bildirilib ki, dəmiryolu əməkdaşlarının xəbərdarlıq etmədən birdən-birə işi dayandırmaları səlahiyyətlilər üçün gözlənilməz olub. Onlar hazırda problemdən çıxış yollarını axtarırlar. Etirazçılar isə tələbləri yerinə yetirilənədək tətili davam etdirməyi planlaşdırırlar. Qeyd edək ki, aksiyaların növbəti və daha böyük dalğası sabah gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər