Putin: "Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyini təhdid edir"
"Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. Hərbi əməliyyatın başlanmasının səbəblərindən biri Ukraynanın NATO-ya qoşulması təhlükəsi idi".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
“Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, biz dəfələrlə demişik ki, bu, Rusiyanın təhlükəsizliyinə təhdidlər yaradır. Əslində, hərbi əməliyyatın səbəblərindən biri də Ukraynanın NATO-ya daxil olması təhlükəsidir”, - Putin qeyd edib.
Putin əlavə edib: "NATO-ya üzv olmaq Ukraynanın təhlükəsizliyini artırmayacaq. Lakin bütövlükdə dünyanı daha həssas edəcək, beynəlxalq səhnədə əlavə gərginlik yaradacaq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net