İlham Əliyev Antoni Blinkeni Laçın sərhəd-buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb
Nərmin Qocamanlı
Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.
"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma