Menyu

Prezident: Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir

Nərmin Qocamanlı
Prezident: Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf dinamikası bizi sevindirir

Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

"Operativ Media" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə monteneqrolu həmkarı Yakov Milatoviçə təbrik məktubunda ifadə edib.

“İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.

Dövlətimizin başçısı Prezident Yakov Milatoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər