İndoneziya İran tankerini ələ keçirib və gəminin heyəti saxlanılıb
İndoneziya sahil mühafizəsi İran tankerini ələ keçirib.
"Operativ Media" xəbər verir ki, Tankerin heyəti saxlanılıb. Onların sayı barədə məlumat verilmir. Bildirilib ki, İran bayrağı altında üzən gəmi İndoneziyanın ekskluziv iqtisadi zonasında digər bir tankerə yaxınlaşaraq qeyri-qanuni xam neft transfer edib. Xatırladaq ki, cümə günü İran bayrağı altında üzən Arman 114 tankeri də ələ keçirilmişdi. 305 milyon dollar dəyərində 2 milyon barreldən çox xam neft Kamerun tankerinə ötürülən zaman İran gəmisi ifşa olunmuşdu. Daha bir İran tankerində isə qeyri-qanuni səyahət edən 3 iranlı saxlanılıb. Onları Malayziya sahil mühafizəsi istintaqa cəlb edib. Faktla bağlı təfərrüatlar açıqlanmır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net