Şimali Koreya qitələrarası ballistik raket buraxıb
Şimali Koreya qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Koreyanın “Fəhlə” dövlət xəbər agentliyi fotolar paylaşıb. Agentliyin məlumatına görə, bərk yanacaq mühərrikli Hvason-18 raketinin buraxılışını Şimali Koreyanın lideri Kim Çen In da izləyib. Raket 6 kilometr hündürlükdə, min kilometrdən uzağa uçub. Yaponiyanın baş naziri Fumio Kişido və C.Koreyanın prezidenti Yun Suk Yeol Latviyada NATO sammiti çərçivəsində ikitərəfli görüş zamanı Pxenyanın qitələrarası ballistik raket buraxmağını sərt tənqid ediblər. Onlar Vilnüs görüşündə Şimali Koreyaya qarşı ABŞ-la ittifaqın möhkəmləndirilməsini prioritet hesab etdiklərini açıqlayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net