Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cənab Y.Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Teqlər:
"İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək"