Menyu

Fransalı deputat daxili işlər naziri Darmanini "polis zorakılığı naziri" adlandırıb

Fransalı deputat daxili işlər naziri Darmanini "polis zorakılığı naziri" adlandırıb

Fransa parlamentinin deputatı Tomas Portes daxili işlər naziri Gerald Darmanini "polis zorakılığı naziri" adlandırıb və çevik polis alayı olan BRAV-M-nin ləğvini tələb edib.

"Operativ Media" xəbər verir ki, Portes bu barədə Parlamentdəki müzakirələr zamanı bildirib. 

Millət vəkili Portes daxili işlər naziri Darmanini dinc nümayişin keçirilməsinə mane olmaqda ittiham edib. O, Fransa prezidenti Emmanuel Makron hökumətində irqçiliyə qarşı nümayişlərin qadağan edildiyinə, lakin nasistlərin yürüş təşkil edə bildiyinə diqqət çəkib.

Darmaninin daxili işlər naziri deyil, "polis zorakılığı naziri" olduğunu qeyd edən edən Portes, nümayişlərdə iştirak edən çevik polis alayı BRAV-M-in ləğvini tələb edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər