Müqəddəs Taxt-Tacın dövlət katibi ilə Azərbaycanın mədəniyyət naziri arasında görüş olub (FOTO)
Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Bu barədə "Operativ Media"ya Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma