Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə C.Bağçı tvitter hesabında paylaşım edib.
"Şuşa bəyannaməsi çərçivəsində Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı və regional məsələlərlə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu.