“Smolensk Atom Elektrik Stansiyasına NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib. “Smolenskə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rovno və Xmelnitski Atom Elektrik Stansiyalarına, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”- deyə, Medvedev xəbərdarlıq edib. Qeyd edək ki, dünən bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk Atom Elektrik Stansiyasına raketlərlə hücum planlaşdırması ilə bağlı xəbərlər yayılmışdı.