Menyu

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Məclis sədri seçildikdən sonra ilk xaricə səfərini Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycana edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi məlumat yayıb. 

Məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də ŞKTC-nin paytaxtı Lefkoşaya, iyulun 12-də isə Azərbaycanın paytaxtı Bakıya səfər edəcək.

Kurtulmuş Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də görüşəcək. 

O, Fəxri Xiyabanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin məqbərəsi önünə əklil qoyacaq, daha sonra Türk Şəhidliyini ziyarət edəcək. 

Kurtulmuş və parlament nümayəndə heyəti Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirəcək. 

O, Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşəcək, Türkiyə Dövlətləri Parlament Assambleyasının Baş Katibliyinə səfər edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər