Menyu

Malidə BMT karvanına silahlı hücum olub, 3 nəfər ölüb

Malidə BMT karvanına silahlı hücum olub, 3 nəfər ölüb

Malidə Birləşmiş Millətlər Təşkilatının (BMT) Mali Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) karvanına silahlı hücum nəticəsində 3 nəfər həlak olub.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə MINUSMA-nın verdiyi açıqlamada bildirilib. 

Açıqlamaya görə, ölkənin daxili hissəsində yerləşən Ansonqo bölgəsində naməlum silahlı şəxslər hərəkətdə olan logistika karvanına hücum edib.

İlkin məlumata görə, hücum nəticəsində 3 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

Həmin gün konvoya 15 kilometr irəlidə ikinci dəfə hücum edilib. Bu hücumda isə ölən və yaralanan olmayıb.

Niger sərhədindəki Labezzaga-dan Ansonqoya doğru irəliləyən karvan 35 yük maşınından ibarət olub.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq Afrikadakı İŞİD ünsürlərinin bölgədə aktiv olduğu qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər