Menyu

Hollandiya müstəmləkələrdən talan edilmiş xəzinələri geri qaytaracaq

Hollandiya müstəmləkələrdən talan edilmiş xəzinələri geri qaytaracaq

Hollandiya müstəmləkə dövründə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 478 ədəd artefaktı İndoneziya və Şri-Lankaya qaytaracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Hollandiya hökumətindən yazılı açıqlama verilib. 

Açıqlamada İndoneziya və Şri-Lankanın tələbi ilə mədəni əhəmiyyətə malik 478 ədəd tarixi əsərin bu iki ölkəyə qaytarılacağı bildirilib.

İndoneziyaya aid əşyaların iyulun 10-da, Şri-Lanka əsərlərinin isə bu ilin sonunda geri qaytarılacağı açıqlanıb. Sözügedən əsərlərin müstəmləkəçilik dövründə təzyiq altında və ya talan yolu ilə əldə edildiyi və haqsız yerə Hollandiyaya gətirildiyi bildirilib.

“Geri qaytarma qərarı Mədəniyyət və Media üzrə Dövlət Naziri Günay Uslu tərəfindən, Lilian Gonçalves-Ho Kanqın sədrlik etdiyi Məşvərət Məsləhət Komitəsinin tövsiyələrinə uyğun olaraq qəbul edilib. Əsərlər hazırda Milli Dünya Mədəniyyətləri Muzeyinin və Rijks Muezi (Rijksmuseum) kolleksiyalarındadır", - açıqlamada qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər