Menyu

Serj Sarkisyan: Çıxış yolu hakimiyyətin dəyişməsidir

Serj Sarkisyan: Çıxış yolu hakimiyyətin dəyişməsidir

Ermənistanın eks prezidenti Serj Sarkisyan sülh danışıqları ilə bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, Ermənistan mediasına danışan Serj Sarkisyan çıxış yolu kimi hakimiyyətin dəyişməli olduğunu bildirib.

"Vəziyyətin ümidsiz olduğunu düşünmürəm, danışıqlar aparanlar dəyişsə, vəziyyət dəyişə bilər. Bu aydındır. Dünən Vardan Oskanyanın təkliflərini çox diqqətlə dinlədim. Vardan Oskanyanın dedikləri məntiqlidir və həyata keçirilə bilər. Təbii ki, vəziyyət asan deyil, çoxlu çətinliklər, böyük problemlər var, lakin mən bunu ümidsiz vəziyyət hesab etmirəm” -deyə Sarkisyan bildirib.

Onun fikrincə, ən yaxşı həll hakimiyyətin dəyişməsi olardı. “Amma onlar həqiqətən də Vardan Oskanyanın rəhbərlik etdiyi qruplaşmanın işə başlayacağı, qalanlarının isə sadəcə susacağı ilə razılaşa bilsələr, bu, reallaşa bilər. Baxmayaraq ki, mən hesab etmirəm ki, bu adamlar belə bir razılaşmaya qadirdirlər”, - eksprezident qeyd edib.

 

Teqlər:

"Serj Sarkisyan: Çıxış yolu hakimiyyətin dəyişməsidir"

Əlaqəli Xəbərlər