Menyu

BMT İranın nüvə sazişi ilə bağlı danışıqlarda heç bir irəliləyiş görmür

BMT İranın nüvə sazişi ilə bağlı danışıqlarda heç bir irəliləyiş görmür

Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan İran nüvə sazişinin bərpası üçün aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

"Operativ Media"  xəbər verir ki. bu barədə BMT Baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi xanım Rozmari DiKarlo bildirib. O bu fikirləri BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxış zamanı deyib. DiKarlo İranın nüvə probleminin həllinin yeganə yolunun diplomatiya olduğunu vurğulayaraq, tərəflərin dialoqu tez bir zamanda yenidən qurmasının vacib olduğunu bildirib. DiKarlo ABŞ-ı Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olaraq İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb. Həmçinin İrana nüvə öhdəliklərini yerinə yetirməsi ilə bağlı çağırış edilib. Sessiyada İranın nüvə proqramı ilə əlaqədar 2015-ci ildə qəbul edilmiş 2231 saylı qətnamənin icrasının yerinə yetirilməsi tələb olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər