ABŞ səfiri: “Ermənistan və Azərbaycan arasinda layiqli sülhə nail olmağin yolu birbaşa dialoqdan keçir”
Ermənistanla Azərbaycan arasında birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq yoludur.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien İctimai Televiziyaya müsahibəsində səsləndirilən fikirlərlə bağlı “Armenpress”in sualını cavablandırarkən deyib. Səfir qeyd edib ki, Birləşmiş Ştatlar danışıqların nəticəsini əvvəlcədən müəyyənləşdirmir. “Vaşinqton güclü və davamlı sülh üçün zəmin yaradan sazişi dəstəkləyir” – deyə diplomat vurğulayıb. Səfir daha əvvəl vurğulayıb ki, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edir. Qeyd edək ki, diplomatın bu açıqlaması Ermənistan ictimaiyyətində geniş narazılığa və müzakirələrə səbəb olub.
Teqlər:
"ABŞ səfiri: “Ermənistan və Azərbaycan arasinda layiqli sülhə nail olmağin yolu birbaşa dialoqdan keçir”"