Meloni miqrant probleminin kökündə Fransanın dayandığını deyib
İtaliyanın Siciliya adasında sahilə çıxmış qayıq aşkarlanıb.
"Operativ Media" xəbər verir ki, miqrantlarla dolu olan qayığı külək qayalıqlara çırpıb. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb. İtaliya Sərhəd polisi miqrantları xilas edib. Polisin paylaşdığı görüntülərdə körpə uşaqların və bir neçə hamilə qadının xilası əməliyyatı əks olunub. Miqrantlar İtaliya səlahiyyətlilərinin onlar üçün ayırdığı Maina limandakı sığınacağa yerləşdirilib. Polşaya səfər edən İtaliya baş naziri Georgia Meloni ölkəsi üçün əsas problemə çevrilən miqrant məsələsinə münasibət bildirib. “Biz heç vaxt bu məsələni həll edə bilməyəcəyik. Çünki bəzi Avropa İttifaqı ölkələrinin öz marağı var” – deyə xanım hökumət başçısı vurğulayıb. Georgia Meloni İtaliyaya qeyri-qanuni miqrant axını probleminin kökündə Fransa kimi bəzi Avropa ölkələrinin müstəmləkçi siyasətinin dayandığını deyib.
Teqlər:
"Meloni miqrant probleminin kökündə Fransanın dayandığını deyib"