Menyu

Bayden Ağ Evdə NATO sammiti öncəsi İsveçin baş nazirini qəbul edib

Bayden Ağ Evdə NATO sammiti öncəsi İsveçin baş nazirini qəbul edib

"ABŞ İsveçin NATO üzvlüyünü tam dəstəkləyir".

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə İsveçin baş naziri Ulf Kristerssonu qəbul edərkən deyib. "Biz gələn həftə NATO-nun sammitinə hazırıq. İsveçin NATO-ya qəbulu olduqca vacib məsələdir” - deyə ABŞ lideri bildirib. İsveç hökumətinin başçısı Ulf Kristersson isə davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Stokholm-Vaşinqton əlaqələrin prioritet hesab etdiyini açıqlayıb. Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Ankaranın tələblərini yerinə yetirən Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Stokholma isə hələlik nə Ankara, nə də Budapeşt etimad göstərmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər