Menyu

İranın XİN rəhbəri Bakı səfəri ilə bağlı paylaşım edib (FOTO)

İranın XİN rəhbəri Bakı səfəri ilə bağlı paylaşım edib (FOTO)

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərindən ilk paylaşımını edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə xarici siyasət rəhbəri tvitter hesabında yazıb. 

"Mən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdim.

Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir. 

Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq", - diplomat qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər