Menyu

Ermənistan XİN rəhbəri və İran səfiri regional məsələləri müzakirə edib

Ermənistan XİN rəhbəri və İran səfiri regional məsələləri müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan Respublikasında diplomatik fəaliyyətini başa vuran İran İslam Respublikasının səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb. 

Səfir Zohurinin fəaliyyətinin Ermənistan üçün çox çətin dövrə təsadüf etdiyini qeyd edən Mirzoyan səfirin Ermənistan və İran arasında qarşılıqlı anlaşma və münasibətlərin dərinləşməsinə töhfə verməkdə göstərdiyi səyləri yüksək qiymətləndirib. Nazir həmçinin ona diplomatik yolunda uğurlar arzulayıb.

Həmsöhbətlər Ermənistan-İran əməkdaşlığının gündəmindəki müxtəlif məsələləri müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndirib. Vurğulanıb ki, iki ölkə arasında əməkdaşlıq regional çağırışların öhdəsindən gəlmək istəyindən, eləcə də iki xalq arasında tarixən formalaşmış dostluq əlaqələrindən qaynaqlanır.

Qarşılıqlı maraq doğuran iqtisadi layihələrin həyata keçirilməsinə və ikitərəfli ticarətin inkişafı üçün mövcud potensialdan istifadəyə yönəlmiş addımlar diqqətə çatdırılıb.

İki ölkənin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına baxışı və bu istiqamətdə səylərinə də toxunulub.

Teqlər:

"Ermənistan XİN rəhbəri İran səfiri regional məsələləri müzakirə edib"

Əlaqəli Xəbərlər