Menyu

Qazaxıstan Rusiyaya yeni səfir təyin etdi

Əziz Əzizli
Qazaxıstan Rusiyaya yeni səfir təyin etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB baş katibinin keçmiş müavini və keçmiş mədəniyyət naziri Dauren Abayevi Rusiyaya yeni səfir təyin edib.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Dauren Əsgərbekoviç Abayev Qazaxıstanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib", - prezidentin sərəncamında deyilir.

Bundan əvvəl iyunun 16-da Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.

Teqlər:

"Qazaxıstan Rusiyaya yeni səfir təyin etdi"

Əlaqəli Xəbərlər