ABŞ-də Merilend ştatında silahlı hücum nəticəsində 2 nəfər ölüb, 28 nəfər yaralanıb
ABŞ-nin Merilend ştatının Baltimor şəhərində səhər saatlarında baş verən silahlı hücumda 2 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilib.
"Operativ Media" CNN-ə istinadən xəbər verir ki, Baltimor polisinin sözçüsü Lindsey Eldridge səhər saatlarında şəhərdə bir tədbirdə olan izdihamın atəşə tutulduğunu bildirib.
Yaralılardan 9-nun xəstəxanaya çatdırıldığı, 3-nün vəziyyətinin ağır olduğu qeyd edilib.
Hadisə şahidləri “Brooklyn Day” tədbiri adı altında toplaşan kütlənin atəşə tutulduğunu və 20-30 atəş səsi eşitdiklərini bildiriblər.
Hücum edənin və ya hücum edənlərin kimliyi, hücumun səbəbi hələlik açıqlanmır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net