Türkiyənin XİN rəhbəri Səudiyyə Ərəbistanından olan həmkarı ilə İƏT-in iclasına hazırlığı müzakirə edib
Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hakan Fidan və Feysəl bin Fərhan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, telefon danışığı zamanı nazirlər İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin iyulun 2-də Ciddədə keçiriləcək iclasına hazırlığı müzakirə ediblər.
Tərəflər həmçinin islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma