Tokayev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib
Nərmin Qocamanlı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Qurban bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Qazaxıstan və Türkiyə xalqlarına rifah, firavanlıq və uğurlar arzulayıblar.
Söhbət zamanı ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.
Qazaxıstan Prezidentinin ötən il Ankaraya və Türkiyə Prezidentinin Astanaya dövlət səfərləri zamanı əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Həmsöhbətlər beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Teqlər:
"Tokayev və Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik edib"