Menyu

Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçiriləcək

Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçiriləcək

Sabah Bakı, Bərdə və Şuşada bayram münasibətilə hərbi yürüş keçiriləcək.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək. 

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunacaq və onların ailələri ilə görüşlər keçiriləcək.

Eyni zamanda silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunacaq.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər