Vuçiç: Kosovonun baş naziri ölkəsini NATO-ya qarşı qoymaq istəyir
Nərmin Qocamanlı
Kosovonun baş naziri Albin Kurti ölkəsini NATO-ya qarşı qoymaq istəyir.
"Operativ Media" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç paytaxt Belqradda televiziya proqramına qatılaraq Kosovonun şimalında davam edən gərginliyi dəyərləndirib.
Kosovonun şimalındakı gərginliyin hələ pik həddə çatmadığını müdafiə edən Vuçiç, Kurtinin Serbiya ilə Kosovo arasında imzalanan və Serb Bələdiyyələr Birliyinin yaradılmasını nəzərdə tutan razılaşmaya əməl etməmək üçün gərginliyi artırdığını iddia edib.
Vuçiç Kurtinin müharibə arzusunu əsas gətirərək, "O, serbləri münaqişəyə sürükləmək istəyir. Kurti Serbiyanı NATO-ya qarşı qoymağı hədəfləyir. Serbiya bundan sonra çox daha diqqətli olmalıdır" deyə vurğulayıb.
Teqlər:
"Vuçiç: Kosovonun baş naziri ölkəsini NATO-ya qarşı qoymaq istəyir"