Almaniya Ukraynaya ilin sonunadək daha 45 "Leopard" təhvil verəcək
Nərmin Qocamanlı
Almaniya ilin sonuna kimi Ukraynaya daha 45 Leopard özüyeriyən zenit silahı təhvil verməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu "Welt am Sonntag"a müsahibəsində Müdafiə Nazirliyi yanında Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq deyib.
Nəşrin məlumatına görə, hazırda Almaniya 34 Leopard qurğusunu Ukraynaya təhvil verib, daha 15-i yaxın həftələrdə təhvil veriləcək.
“Bundan əlavə, biz ABŞ ilə əməkdaşlıq edərək ilin sonuna qədər daha 30 Leopard qurğusunu çatdırmaq istəyirik”, - Freydinq bildirib.
Teqlər:
"Almaniya Ukraynaya ilin sonunadək daha 45 \"Leopard\" təhvil verəcək"