Menyu

Şimali Koreya ABŞ-yə xəbərdarlıq edib

Şimali Koreya ABŞ-yə xəbərdarlıq edib

ABŞ dövlət katibi Antoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Park Cin arasında telefon danışığı olub. Tərəflər Blinkenin Çinə səfərinin nəticələrini müzakirə edib.

"Operativ Media" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Blinken Çin tərəfi ilə dürüst və konstruktiv dialoq apardığını qeyd edib.

Bildirilib ki, Amerikalı diplomat və Cənubi Koreyanın xarici işlər naziri Pekini təxribatların dayandırılmasında və Şimali Koreyanın nüvəsizləşdirilməsində konstruktiv rol oynamağa çağırıblar.

Şimali Koreya məsələyə laqeyd qalmayıb. Belə ki, rəsmi Pxenyan Blinkeni Çini Şimali Koreyaya təzyiq göstərməyə məcbur etməyə çalışdığına görə tənqid edib. Eyni zamanda, sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər