Menyu

XİN başçısı: Ermənistanın bu kimi təxribatların təkrarlanmayacağına dair Azərbaycana zəmanət verməsi zəruridir

Nərmin Qocamanlı
XİN başçısı: Ermənistanın bu kimi təxribatların təkrarlanmayacağına dair Azərbaycana zəmanət verməsi zəruridir

Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.

 "Operativ Media"  xəbər verir ki, bunu nazir Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə deyib.

Nazir qeyd edib ki, zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfi hazırdır.

Ceyhun Bayramov mövcud vəziyyətlə əlaqədar, Erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu diqqətə çatdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər