Macarıstan və Polşa taxıl tədarükü qadağasını uzatmaq istəyir
Nərmin Qocamanlı
Macarıstan və Polşa sentyabrın 15-dək qüvvədə olan Ukraynadan Aİ ölkələrinə taxıl tədarükünə qoyulan qadağanın uzadılmasının tərəfdarıdır.
"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstanın və Polşanın kənd təsərrüfatı nazirlikləri bəyanat yayıb. Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası sentyabrın ortalarına qədər Ukrayna taxıl və yağlı bitkilərin idxalına embarqo qoyub. Beş ölkənin - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın birgə fəaliyyəti sayəsində Ukraynadan Avrozonaya buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalı qadağan edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net