Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb
Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki,Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı taxıl sazişi ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən taxıl sazişinin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.
Teqlər:
"Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb"