Menyu

Aİ "Dostluq" neft kəmərini bağlayır

Aİ "Dostluq" neft kəmərini bağlayır

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı razılaşdırdığı 11-ci sanksiyalar paketinə "Dostluq" kəmərinin cənub qolu ilə neft nəqlinə qadağa daxildir.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Parlamentinin Almaniyadan olan deputatı Qunnar Bek (Gunnar Beck) məlumat verib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalar paketi 29-30 iyun tarixlərində keçiriləcək Aİ sammitində qəbul ediləcək. Alman parlamentari onu da vurğulayıb ki, bununla da Rusiya “qara qızıl”ının quru yolu ilə Qərbi Avropa dövlətlərinə yarım əsrdən yuxarı müddət bundan əvvəl başlanan ixracı dayanacaq.

Qeyd edək ki, Avropanın bir sıra ölkələri (Çexiya, Slovakiya və Macarıstan) bu qərardan daha çox zərər görəcəklər, belə ki, son zamanlara qədər bu ölkələr öz enerji ehtiyaclarını Rusiya neft kəmərləri hesabına ödəyirdilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər