Menyu

Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb - YENİLƏNİB

 

Xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.

Ceyhun Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb.

Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıb.

***

15:37

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün tviter hesabında paylaşım edib.

Görüş zamanı, tərəflər enerji, iqtisadiyyat, ticarət, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər sahələrdə mövcud əlaqələri və ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, görüş Ceyhun Bayramovun Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində baş tutub.

Teqlər:

"Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə görüşüb - YENİLƏNİB"

Əlaqəli Xəbərlər