Şuşa azad edildikdən sonra Paşinyan döyüşlərin hələ də getməsi ilə bağlı niyə status yazıb?
Nərmin Qocamanlı
"Paşinyana məlumat verilmişdi ki, Şuşa 2020-ci ilin noyabr ayının 7-də Azərbaycan ordusunun nəzarətindədir. Lakin Paşinyan 9 noyabrda status yazdı ki, Şuşa uğrunda döyüşlər gedir.
İrəvanda keçirilən "44 günlük müharibənin şəraitini araşdıran komissiyanın" dindirilmələrinin maraqlı detalları üzə çıxıb.
"Operativ Media" Ermənistan mediasına istinadən xəbər verir ki, bu günki dindirilmədə baş nazir Nikol Paşinyan bir sıra açıqlamalar verib. Onun açıqlamalarından sonra Ermənistan müxalifəti də bəzi məlumatlar yayıb.
Erməni müxalifəti iddia edir ki, bir çox hallarda hakimiyyət xalqı aldadıb. Xüsusilə Şuşada baş verənlər ziddiyyəti bir daha açıb ortayaq qoyub.
44 günlük müharibənin şəraitini araşdıran komissiyanın rəhbəri digər dindirilən şəxslər kimi Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın da yenidən çağırıla biləcəyini istisna etməyib.
Teqlər:
"Şuşa azad edildikdən sonra Paşinyan döyüşlərin hələ də getməsi ilə bağlı niyə status yazıb?"