Azərbaycan XİN başçısı Birləşmiş Krallığa səfər edib
Nərmin Qocamanlı
19 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
Teqlər:
"Azərbaycan XİN başçısı Birləşmiş Krallığa səfər edib"