İsrail və ABŞ müdafiə nazirləri brüsseldə irani müzakirə ediblər
İsrail və ABŞ-ın müdafiə nazirləri Yoav Qalan və Lloyd Ostin Brüsseldə görüş keçiriblər.
"Operativ Media" həmkarlar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, xüsusilə də İrana qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər. İranın nüvə hərbi potensialı əldə etməsinin qarşısını almağın zəruriliyindən danışan Qalant vurğulayıb ki, İsrail dövləti özünü istənilən təhlükədən müdafiə etmək hüququna malikdir. Bundan əlavə, israilli nazir amerikalı həmkarı ilə iki dövlət arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib. Tərəflər İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının iştirakı da daxil olmaqla birgə hərbi təlimlərin sayının artırılmasının zəruriliyi barədə razılığa gəliblər.
Teqlər:
"İsrail və ABŞ müdafiə nazirləri brüsseldə irani müzakirə ediblər"