Ukrayna Təhlükəsizlik Xidməti FTX casusunu saxlayıb
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün təlim mərkəzlərini izləməklə casusluq edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casusunu saxlayıb.
"Operativ Media" xəbər verir ki, casus artıq “Geralt” təxəllüsü alıb.
“O, FTX-nin göstərişi ilə Dnepr, Kamenski və Novomoskovsk rayonlarında Müdafiə Qüvvələrinin yerləşdiyi yerlər haqqında kəşfiyyat məlumatları toplayıb”, - UTX-dən bildirilib.
Qeyd olunub ki, saxlanılan casusun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin təlim keçdiyi hərbi poliqonlar və təlim mərkəzləri haqqında məlumat əldə etmək olub. O, həmçinin Ukrayna qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının təxmini sayını müəyyənləşdirməyə çalışıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net