Ana səhifə / Cəmiyyət / Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb 16.04.2023, 10:17 Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. "Operativ Media" xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığındakı parkda olub. Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib. Mübahisə davaya çevrilib. Dava zamabı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Teqlər: "Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb"