İndoneziyada Dukono vulkanı püskürüb
Şəfa Hüseynli
İndoneziyanın Halmahera adasında (Şimali Maluku əyaləti) yerləşən Dukono vulkanı yenidən kül və tüstü buludu yayıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat verib.
Külün vulkanın kraterindən təxminən 900 metr yüksəkliyə qalxdığı və dəniz səviyyəsindən 1987 metr yüksəkliyə çatdığı bildirilir. Boz və ağ kül buludları şimal-qərbə yayılıb. Yerli hakimiyyət orqanları sakinlərin və turistlərin vulkanın kraterindən 4 km radiusa yaxınlaşmasını qadağan edib və vulkanik küldən qorunmaq üçün maskalardan istifadə etməyi tövsiyə edib.