Menyu

Banqladeşdə qızılca səbəbindən 100-dən çox uşaq ölüb

Operativ Media
Banqladeşdə qızılca səbəbindən 100-dən çox uşaq ölüb

Banqladeşdə ötən ay başlamış qızılca epidemiyası səbəbindən 194 uşaq ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.

Məlumata görə, xəstəliyə yoluxma hallarının sayı 28 mini ötüb.

Bildirilir ki, son bir həftə ərzində hər gün 3-5 uşaq ölüb. Çərşənbə günü beş, cümə axşamı isə daha beş ölüm halı qeydə alınıb.

Hakimiyyət orqanları qeyd edir ki, epidemiyanın başladığı vaxtdan, genişmiqyaslı peyvəndləmə kampaniyasına başlanılıb.

Bu, son onilliklərin ən böyük kampaniyasıdır.

Əlaqəli Xəbərlər