Menyu

Gürcüstanda sabiq nazir 10 il həbs cəzası alıb

Operativ Media
Gürcüstanda sabiq nazir 10 il həbs cəzası alıb

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə həbs olunub.

Operativ Media xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar elan edib.

Bildirilib ki, son məhkəmə iclasında müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını tələb edib.

Qeyd olunur ki, prokurorluq Cuanşer Burçuladzenin günahını sübut etmək üçün kifayət qədər dəlil təqdim etməyib.

Qeyd edək ki, Cuanşer Burçuladze 2021–2024-cü illərdə Gürcüstanın müdafiə naziri vəzifəsində çalışıb.

O, ötən ilin sentyabr ayında saxlanılmışdı və vəzifə səlahiyyətlərindən sui-istifadə, eləcə də külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunurdu.

Əlaqəli Xəbərlər