Menyu

Şahbaz Şərif atəşkəsin uzadılmasına görə Trampa təşəkkür edib

Şəfa Hüseynli
Şahbaz Şərif atəşkəsin uzadılmasına görə Trampa təşəkkür edib

Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin uzadılmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə Baz nazir "X" hesabında yazıb.

Baş nazir vurğulayıb ki, bu qərar münaqişənin həlli üçün diplomatik səylər üçün lazımi imkan yaradır. Bəyanat həm hökumət, həm də ölkənin hərbi rəhbərliyi, xüsusən də feldmarşal Seyid Asim Munir adından verilib.

"Davam edən diplomatik səylərin inkişaf etdirilməsinə imkan vermək üçün atəşkəsin uzadılması tələbimizi nəzakətlə qəbul etdiyinə görə Prezident Trampa səmimi qəlbdən təşəkkür edirəm.

Bizə göstərilən etimada əsaslanaraq, Pakistan münaqişənin danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcək".- Şahbaz Şərif qeyd edib.

Şərif bildirib ki, "Səmimi qəlbdən ümid edirəm ki, hər iki tərəf atəşkəs razılaşmasına riayət etməyə davam edəcək və İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci mərhələsi zamanı bu münaqişəyə birdəfəlik son qoyacaq hərtərəfli sülh razılaşması bağlaya biləcək".

Əlaqəli Xəbərlər