Menyu

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi hazırlayır

Operativ Media
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi hazırlayır

Lüksemburqda Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasının zəruriliyi ilə bağlı razılıq əldə olunub.

Operativ Media xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"İyirminci sanksiyalar paketinin vaxtı çoxdan çatıb. Ümid edirəm ki, yeni siyasi impulsu nəzərə alaraq sürətlə hərəkət edə biləcəyik", - o bildirib.

Kallas həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunun sürətləndirilməsindən əlavə, nazirlər artıq 21-ci paket üzərində işə başlamağı təklif ediblər.

Əlaqəli Xəbərlər