Menyu

Qəzzanın yenidən qurulması üçün 10 il ərzində 71,4 milyard dollar tələb olunur

Şəfa Hüseynli
Qəzzanın yenidən qurulması üçün 10 il ərzində 71,4 milyard dollar tələb olunur

Avropa İttifaqı (AB), Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı 24 aylıq münaqişədən sonra Qəzzanın yenidən qurulması üçün 10 il ərzində 71,4 milyard dollar tələb olunacağını müəyyən edib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, qəzzada fiziki infrastruktur ziyanı 35,2 milyard dollar olaraq qiymətləndirilir. Bu məqamı vurğulayan hesabatda iqtisadi və sosial itkilərin 22,7 milyard dollar olduğu təxmin edilirdi.

Hesabatda qeyd olunur ki, Qəzzada əsas xidmətlər, vacib infrastrukturun təmiri və iqtisadi bərpanın dəstəklənməsi üçün ayrılmalı olan 71,4 milyard dollardan 26,3 milyard dolları ilk 18 ay ərzində çatdırılmalıdır.

Hesabatda xəstəxanaların 50 faizdən çoxunun işlək vəziyyətdə olmadığı və demək olar ki, bütün məktəblərin zədələndiyi və ya dağıldığı bildirilir.

Əlaqəli Xəbərlər