Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 21-23 aprel tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək BMT-nin sammitində iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, işgüzar səfər çərçivəsində Prezidentin Qazaxıstan və tərəfdaş ölkələrin ali rəhbərliyinin nümayəndələri ilə ikitərəfli görüşləri planlaşdırılır.