Menyu

Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı öz işinə başlayıb

Şəfa Hüseynli
Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı öz işinə başlayıb

"Türk Dünyası Uşaq Ədəbiyyatı Seminarı" Lefkoşada (Nikosiya) öz işinə başlayıb.

Operativ Media xəbər verir ki, seminarın açılış nitqini Atatürk Müəllim Akademiyasının prezidenti Prof. Dr. Güner Konedralı edib.

Azərbaycan Milli Elmlər Akademiyasından dosent Dr. Aygün Bağırlı və professor Dr. Elnarə Akimova seminarda iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının professoru Dr. Elnarə Akimova  Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərdən danışıb. O, mədəniyyət vasitəsilə qurulan körpülərin iki əsrlik bir tarixə malik olduğunu vurğulayıb.

Akimova uşaq ədəbiyyatının hər bir xalq üçün ideal mənbə olduğunu bildirmiş və Azərbaycan -Türkiyədə uşaq ədəbiyyatının inkişaf tarixini danışmışdır.

Fotogalereya

Əlaqəli Xəbərlər