Menyu

Məhəmməd Qalibaf: ABŞ təhdidləri davam etsə, Tehran danışıqlardan imtina edəcək

Operativ Media
Məhəmməd Qalibaf: ABŞ təhdidləri davam etsə, Tehran danışıqlardan imtina edəcək

Vaşinqton təhdidedici dildən istifadə etməyə davam edərsə, İran ABŞ ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirməyəcək.

Operativ Media-nın İran mediasına istinadən verdiyi məlumata görə, bunu Məclis sədri Məhəmməd Bağır Qalibaf bildirib.

O, ABŞ prezidenti Donald Trampın danışıqlar prosesini məcburi təslim olma forması kimi təqdim etməyə çalışdığını, lakin Tehranın belə bir yanaşmanı qəbuledilməz hesab etdiyini bildirib.

Qalibaf İranın davamlı təzyiq və təhdidlərlə müşayiət olunan dialoqa razı olmayacağını vurğulayıb.

O, həmçinin ölkənin "döyüş meydanında yeni güc balansı" nümayiş etdirməyə hazır olduğunu bildirib. Spikerin sözlərinə görə, son iki həftədir ki, buna hazırlıq işləri aparılır.

Əlaqəli Xəbərlər