Menyu

Zelenski: ABŞ Ukraynaya uzunmüddətli təhlükəsizlik qarantı verə bilməz

Operativ Media
Zelenski: ABŞ Ukraynaya uzunmüddətli təhlükəsizlik qarantı verə bilməz

Ukrayna ordusunun Donbasdan çıxarılması Kiyev üçün strateji məğlubiyyət olar.

Operativ Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, belə bir addım istehkamlar və cəbhə xətti də daxil olmaqla Silahlı Qüvvələrin müdafiəsini, mövqelərini zəiflədər.

"Onlar bizim Luqansk və Donetsk vilayətlərindən çıxmağımızı istəyirlər. Əlbəttə, strateji baxımdan bu, bizim, Silahlı Qüvvələr üçün məğlubiyyətdir. İstehkam qurğuları, müdafiə xətti, biz mütləq daha da zəifləyəcəyik", - Zelenski vurğulayıb.

O, həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun və Cared Kuşnerin əvvəllər anons edilən, lakin hələ baş tutmayan Kiyevə səfərindən sensasiya yaratmamağa çağırıb. "Ukrayna tərəfi onlarla daim əlaqə saxlayır... Bu, bizə yox, onlara lazımdır", - Zelenski deyib.

Eyni zamanda o vurğulayıb ki, Amerika lideri Donald Tramp Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizlik qarantı kimi çıxış edə bilməz, çünki onun hakimiyyət müddəti məhduddur: "Prezident Tramp hələ iki il yarım da olacaq, bəs sonra nə edəcəyik?", - Ukrayna lideri bildirib.

Əlaqəli Xəbərlər