Menyu

Türkiyə Nazirlər Kabineti "Yaxın Şərq" məsələsi ilə bağlı müzakirələr aparacaq

Şəfa Hüseynli
Türkiyə Nazirlər Kabineti "Yaxın Şərq" məsələsi ilə bağlı müzakirələr aparacaq

Türkiyə Nazirlər Kabineti Prezident Ərdoğanın sədrliyi ilə Yaxın Şərq məsələsini müzakirə etmək üçün toplanacaq.

Operativ Media xəbər verir ki, bu barədə ''TRT Haber'' məlumat yayıb.

Bildirilib ki, müvəqqəti atəşkəsin sona yaxınlaşdığı ABŞ-İsrail-İran münaqişəsi və Livandakı son vəziyyət əsas gündəm məsələləri arasında olacaq.

Nazirlər Kabinetinin iclasında "Terrorsuz Türkiyə" prosesində əldə edilən irəliləyişlər də müzakirə olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında Yaxın Şərqdəki inkişaflar prioritet təşkil edəcək.

Görüşdə İrandakı müharibənin iqtisadi təsirləri müzakirə olunacaq.

Müvəqqəti atəşkəs dövründə ABŞ-nin  blokadası səbəbindən yenidən bağlanan Hörmüz boğazındakı son vəziyyət qiymətləndiriləcək. Qlobal iqtisadi gərginliyin Türkiyəyə təsirini minimuma endirmək üçün əlavə tədbirlər də müzakirə ediləcək.

Əlaqəli Xəbərlər